AZ

Ardıcıl uğurlar ölkəmizin qüdrətini daha da artırır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Abşeron rayonu, Saray bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin nəticələri ölkənin və partiyanın həyatında özünü parlaq şəkildə göstərir. O vurğulayıb ki, əldə olunan uğurlar Azərbaycanın qüdrətinin daha da artmasını şərtləndirir.

Namizədlər Nizami Zalov və Təyyubə Hüseynova bələdiyyələrin inkişafı ilə əlaqədar qarşıda duran hədəflərdən bəhs ediblər. Onlar seçiciləri fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Seçilən
3
yeniazerbaycan.com

1Mənbələr