AZ

Bakının 3 qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq

Sabah Bakının Binəqədi rayonunun 3 qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.
 
Bu barədə Moderator.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
 
Bildirilib ki, Binəqədi rayonunun Sulutəpə və Xocəsən qəsəbələrində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədilə yanvarın 16-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
 
Qaz təchizatı dayandırılan müddətdə Sulutəpə, Xocəsən və Çiçək qəsəbələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
 
Seçilən
0
49
moderator.az

10Mənbələr