AZ

Ərdoğan Liviyanın baş naziri ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Bakı, TurkicWorld

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybeni Prezident Külliyesində qəbul edib.

TurkicWorld xəbər verir ki, görüş mətbuata qapalı şəkildə baş tutub və ikitərəfli münasibətlər, əməkdaşlıq və regional məsələlər müzakirə olunub.

Mətbuata qapalı keçirilən qəbulda Türkiyənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın da iştirak edib.

Seçilən
0
turkic.world

1Mənbələr