Ukrayna ilə bağlı danışıqlar digər Qərb ölkələrinin iştirakı olmadan Rusiya və ABŞ arasında aparılmalıdır.
Ölkə.Az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev deyib.
Trampın Ukrayna müharibəsi və Putinlə görüşü ilə bağlı fikirləri şərh edən Patruşev bildirib ki, ABŞ-nin seçilmiş prezidenti Donald Tramp amili nəzərə alınmaqla gələcək inkişafın konkret perspektivlərindən danışsaq, Rusiya tərəfi onun bəyanatlarına hörmətlə yanaşır.
"London və ya Brüssellə danışacaq heç nə yoxdur. Aİ rəhbərliyinin, xüsusən də Avropada sabitlikdə maraqlı olan və Rusiya ilə münasibətlərdə balanslı mövqe tutan Macarıstan, Slovakiya, Avstriya, Rumıniya və bəzi digər Avropa ölkələri kimi bir çox üzvlərinin adından artıq danışmaq hüququnu çoxdan itirib”, - Patruşev bildirib.
Mürtəza
Ölkə.Az