AZ

Tramp Ukraynanın əvəzində Rusiyaya bunu təklif edəcək

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq müqabilində Moskvaya kosmik əməkdaşlıq təklif edə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Hill” nəşri məlumat yayıb.

“Rusiya Ukrayna ilə razılığa gəlsə, Tramp bunun müqabilində Moskvaya ABŞ-ın “Artemida” kosmik proqramında rol təklif edə bilər. Bu əməkdaşlıq çərçivəsində Rusiya ABŞ texnologiyalarına və kommersiya şirkətlərinə, o cümlədən İlon Maskın “SpeysX”-na çıxış əldə edəcək. Beləliklə, rus kosmonavtlar yaxın gələcəkdə Ayın səthinə enə bilmək şansı əldə edəcəklər”, - nəşr bildirib.

Nəşr qeyd edib ki, bu addım həm də Çin və Rusiya arasındakı kosmik alyansın formalaşmasına da son qoyacaq.

Seçilən
0
2
axar.az

3Mənbələr