İBakı/04.02.23/Turan: "Horadiz" və "Göytəpə" zastavalarının sərhədçiləri İrandan 19 kiloqrama yaxın narkotik maddə qaçaqmalçılığının qarşısını alıblar.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir ki, fevralın 2 -də Yardımlı rayonunun Deman kəndi yaxınlığında 3 kiloqramdan çox, fevralın 3-də isə Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında 15,3 kiloqram marixuana aşkar edilərək götürülüb.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri keçirilir.—05D06-