AZ

Separatçıların lideri Xocalıda bugünki görüşdən sonra yaranan ümidlərin üstündən xətt çəkib

Bakı/01.03.23/Turan: Xocalıda Bakı nümayəndələrinin Qarabağ erməniləri ilə görüşündən bir neçə saat sonra separatçıların lideri Araik Arutyunyan dinc nizamlanma perspektivinin üzərindən xətt çəkən bəzi bəyanatlar səsləndirib.

Belə ki, Arutyunyan "hökumətin" iclasında yeni "dövlət naziri" Gurgen Nersisyanı təqdim edib.

"Bir daha qeyd etmək istəyirəm ki, çətinliklərə və bizə göstərilən təzyiqə baxmayaraq, biz Arsax hərəkatının ideyalarına sadiq olaraq qalırıq və müstəqillik yolundan geriyə doğru bir addım belə atmırıq. Bütün məsuliyyəti ilə demək istəyirəm ki, Azərbaycanla istənilən inteqrasiya prosesi istisnadır. Amma bu, o demək deyil ki, biz infrastruktur və humanitar xarakterli məsələlərin həlli üçün əlaqələrdən yayınacağıq. Münaqişənin nizamlanması ilə bağlı danışıqlar üçün isə, 23 fevral tarixli müraciətimdə də qeyd etdiyim kimi, müəyyən şərtlər və beynəlxalq format təmin edilməlidir", deyə o bildirib. 02D

Seçilən
33
turan.az

1Mənbələr