Ermənistanın mövcudluğunun düsturu balansdır.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikrin müəllifi Ermənistan Milli Konqresinin sədr (Levon Ter-Petrosyan) müavini Levon Zurabyandır.
“Biz (Ermənistan-red.) Rusiya, Qərb və İranla çox balanslı əlaqələr saxlamalıyıq. Bu bizim varlığımızın açarıdır. Biz peyk təfəkküründən imtina etməliyik “,-deyə Zurabyan qeyd edib.
Zurabyanın fikrincə, bu gün Ermənistan “bir az öz yolundan sapıb”.
Bəzi siyasətçilərin proqnozlaşdırdığı kimi hadisələrin növbədənkənar seçkilərə səbəb olub-olmayacağı sualına Zurabyan “yox” cavabını verib.
Musavat.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta