AZ

Polşa Ukraynaya qoşun göndərməkdən imtina etdi

Polşa öz sülhməramlı qoşunlarını Ukraynaya göndərməyəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış Financial Times (FT) qəzetinə müsahibəsində bildirib.

“Sülh planı təqdim olunanda biz onu müzakirə etməyə hazırıq. Bununla belə, sərhəddə yerləşən dövlətlər öz qoşunlarını Ukrayna ərazisinə göndərməməlidir”.

Polşa müdafiə departamentinin rəhbərinin sözlərinə görə, Şimali Atlantika Alyansı çərçivəsində daha çox yükün bölüşdürülməsinə və diversifikasiyasına ehtiyac var.

Bundan əvvəl Kosinyak-Kamış NATO və Kiyevin silah istehsalını artırmaq niyyətində olduğunu bildirib. Nazir qeyd edib ki, Varşava, Almaniya, Fransa, Böyük Britaniya və İtaliya arasında razılıq əldə olunub.

Seçilən
2
1
nocomment.az

2Mənbələr