Ay-Data Silk Way Airlines şirkətinin Boeing yük təyyarələri almağına əngəl olmaq istəyir, bacaracaqlarmı?
"Erməni xəstəliyi" haqqında yəqin ki, çoxlarınız eşitmisiniz. Vikipediyada bu xəstəlik aşağıdakı kimi xarakterisə edilir: Erməni xəstəliyi — nadir genetik irsi xəstəlik olub, özünü periodik residiv serozitdə və amiloidozun inkişafında göstərir.
Özünü əsasən ulu babaları Aralıq dənizi sahillərində yaşamış xalqların nümayəndələrində (sonradan harada yaşamasından asılı olmayaraq), xüsusilə ermənilərdə, yəhudilərdə, ərəblərdə, yalnız 6% digər millətlərin nümayəndələrində göstərir. Lakin artıq iki əsrdir ki, erməni icmasının yeni və həm də psixoloji bir xəstəliyi peyda olub - türkəfobiya. Yer üzündə yaşayan bütün ermənilər özünü türk xalqlarının düşməni hesab edir və hər addımda türk xalqlarına, əsasən də osmanlılara və azərbaycanlılara zərər verməyə çalışırlar. Ermənilər bu yolda çox fantastik bir yaradıcılığa malikdirlar. Bu xüsusda Amerikanın ən böyük erməni diaspora təşkilatı olan Ay-Data Azərbaycana və Türkiyəyə qarşı neqativ mövqeyə malik olan bütün qüvvələrin əlində alətə çevrilməyə hazırdır. Ermənilər harda və necə bacarırlarsa bu iki qardaş ölkəyə və xalqa yalnız pisliklər edirlər.
Hərdən bəziləri o fikrə qapılır ki, ermənilərin də içində haqq-ədalət tərəfdarları var. Bəli, ermənilər yalnız özləri üçün faydalı olanda və ya başqa çıxış yolu qalmayanda "ədalətli" olurlar.
Düzdür, bir topluma vahid insani xarakter vermək nəzəri baxımdan doğru deyil. Amma gəlin etiraf edək ki, bütün nəzəriyyələrdə istisnalar mövcuddur - istisnasız həyat da yoxdur. Ermənilər də toplum nəzəriyyələrinin bir istisnası kimi özünü artıq təsdiqləyib - "ən yaxşı erməni" ölü ermənidir...
Ermənilər indi də Azərbaycanın hava yükdaşımaları ilə məşğul olan Silk Way Airlines şirkətinin genişlənməsinə və inkişafına əl qoymaq istəyir.
Belə ki, Amerikanın Ay-Data Komitəsi ABŞ İxrac-İdxal Bankını (EXIM) Azərbaycanın Silk Way Airlines şrkətinə Boeing yük təyyarələrinin alınması üçün verməyə hazırlaşdığı 100 milyon dollarlıq kreditdən imtina etməyə çağıran kampaniyaya başlayıb.
Ay-Data Bürosunun mərkəzi ofisindən verilən təbliğat xarakterli məlumatda deyilir ki, bu maliyyə rəsmi Bakıya ikili təyinatlı təyyarələr almağa imkan verəcək ki, bu da "soyqırım siyasətinə" görə "geniş şəkildə qınanılan" bir ölkə olan Azərbaycana qeyri-qanuni silah tədarükünü asanlaşdıracaq, "Artsax"ın erməni əhalisinə və Ermənistana qarşı davam edən təcavüzü daha da şıddətləndirəcək.
Qeyd edək ki, EXIM Bankı 2025-ci il yanvarın 10-da Boeing yük təyyarələrinin alınması məqsədilə 100 milyon dollardan çox kreditin yekun öhdəliyi üçün müraciət aldığını elan edib. Bu təkliflə bağlı ictimai şərhlər 7 fevral 2025-ci il tarixinədək təqdim oluna bilər, bundan sonra EXIM İdarə Heyəti ərizəyə baxacaq.
Ay-Data bütün erməniləri, fürsətdən istifadə edərək, bankın sosial şəbəkə platfirmasında sözügedən kreditin verilməsinə etirazlarını bildirməyə çağırıb.
Ay-Data-nın fikrincə, bu cür təyyarələrin Azərbaycana tədarükü ABŞ qanunlarını, o cümlədən ikili təyinatlı (həm mülki, həm də hərbi təyinatli - red. A.N.) məhsulların ixracı ilə bağlı qanunları pozur, regional sülh səylərinə zərbə vurur və Bakıya əlavə hərbi üstünlük verir.
Müraciətdə qeyd edilir ki, guya Azərbaycanın "Artsax"a hücumlarında istifadə edilən qeyri-qanuni silahların daşınması ilə bağlı OCCRP tərəfindən aparılan çoxsaylı beynəlxalq araşdırmalarda Silk Way Airlines-ın adı keçir.
Göründüyu kimi, bu kampaniyanın hec bir məntiqi əsası yoxdur. Çünki Azərbaycan dövləti haradansa silah alacaqsa, vacib deyil ki, onu Silk Way Airlines şirkətinin təyyarələri ilə daşısın. Digər tərəfdən, bu şirkətin hazirda beynəlxalq yükdaşımaları həyata keçirən beş təyyarəsi var. Daşıyıcı hazırda "ICAO - 16 fəsil 4 səs-küy" standartına uyğun PS-90A mühərrikləri ilə təchiz edilmiş iki İL-76TD-90 tipli təyyarə də daxil olmaqla beş "İlyuşin" təyyarəsini idarə edir.
2001-ci ildə əsası qoyulan Silk Way Airlines dünya üzrə çarter istiqamətləri şəbəkəsinə xidmət göstərən aparıcı hava yükdaşıma şirkətidir.
Şirkət daha müasir və daha çox yükdaşıma qabiliyyətinə malik olan Boeing çoxməqsədli yükdaşıma təyyarələri alaraq biznesini genişləndirmək istəyir. Ermənilər isə heç bir məntiqə sığmayan "əsaslarla" bu işi əngəlləmək istəyir. Lakin ermənilər anlamır ki, Amerikanın EXIM Bankı onların bəhs etdiyi məsələlərdən daha çox məlumatlıdır. Bank addımlarını "ictimai müzakirəyə çıxarmaqla" həm öz reputasiyasını artırır ki, guya onlar ictimai rəylə hesablaşırlar, həm də bununla cəmiyyətdə bir nəbz yoxlanışı aparırlar. Əslində isə qərarlar bankın maliyyə-iqtisadi maraqları çərçivəsində qəbul edilir. Ona görə də ermənilərin hay-küyü heç nəyi dəyişməyəcək.
Akif NƏSİRLİ