AZ

Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

Image

Polis Akademiyasına qəbul prosesi bu ildən 3-cü qrupla yanaşı 1-ci qrupda da olacaq. Məlumat üçün bildirək ki, Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasına “Hüquqşünaslıq” ixtisası (III qrup) üzrə əyani təhsilə 500, “İnformasiya təhlükəsizliyi” ixtisası (I qrup) üzrə isə 25 kursantın qəbulu üçün müsabiqə elan edib. 

Qeyd etdiyimiz kimi, Polis Akademiyasına qəbul prosesi bu ildən 3-cü qrupla yanaşı 1-ci qrupda da olacaq. Niyə bu ixtisas bu qədər seçiləndir və bu yeni qərarın həmin ixtisasın gələcəyinə hansı təsirləri gözlənilir?

Elçin Əfəndi: “Gələcəkdə informasiya təhlükəsizliyi ixtisasına daha çox ehtiyac olacaq”

Təhsil eksperti Elçin Əfəndi “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 2018-ci ildə də Polis Akademiyasına qəbul zamanı 1-ci qrup “İnformasiya təhlükəsizliyi” ixtisası ürzə qəbul aparılıb. Həmin ixtisasla bağlı 25 nəfərin Akademiyaya qəbulu nəzərdə tutulub: “Məlumdur ki, dövrün tələbi olaraq informasiya təhlükəsizliyinə tələbat yüksəkdir. Ümumiyyətlə, kiber, informasiya təhlükəsizliyi tək bizim ölkədə deyil, dünyanın əksər ölkələrində qabaqcıl ixtisaslar siyahısındadır. İnformasiyanın bu cür inkişaf etdiyi dövrdə kibet təhlükəsizlik önəmlidir. Dövlət və özəl qurumlarda  informasiya təhlükəsizliyini məhz bu ixtisas sahibləri həyata keçirir”.

Hömsöhbətimiz hesab edir ki, gələcəkdə informasiya təhlükəsizliyi ixtisasına daha da çox ehtiyac olacaq. Hər hansı bir informasiya məkanında açığın buraxılmaması, kiber dələduzluğun qarşısının alınması baxımından qeyd edilən ixtisas sahiblərinə ehtiyac var.

Vüsal Kərimli: “Akademiyada tək sahə üzrə mütəxəssislər deyil, eyni zamanda, komputer mühəndisi, kiber təhlükəsizlik üzrə kadrlar da yetişəcək”

Təhsil eksperti Vüsal Kərimli “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, ixtisaslaşmış təhsil müəssisələrində kiber təhlükəsizlik üzrə ixtisasların tədris olunması insanlarda marağa səbəb olur: “Ancaq bu doğru və yerində verilmiş qərardır. Akademiyada tək sahə üzrə mütəxəssislər deyil, eyni zamanda, komputer mühəndisi, kiber təhlükəsizlik üzrə kadrlar da yetişəcək. Bu olduqca yaxşı qərardır”.

Günel CƏLİLOVA





Seçilən
7
baki-xeber.com

1Mənbələr