Yanvarın 22-də dövlət başçısı "Ağ şəhər"də görülən işlərlə tanış olub.
Ümumilikdə, 1650 hektar ərazini əhatə edən “Ağ şəhər”də müxtəlif üslublu 10 rayonun salınması, 120 min yaşayış və xidmət obyektinin tikintisi, 350 hektar landşaft işlərinin görülməsi, 10 kilometr bulvar xəttinin yaradılması nəzərdə tutulub. İndiyədək 91 binanın inşası yekunlaşıb. Layihənin tam yekunlaşmasından sonra burada 280 min sakin yaşayacaq və 240 min iş yeri yaradılacaq, dövlət başçısının saytında deyilir.
Qeyd edək ki, "Ağ şəhər” ərazisində tanınmış xarici heykəltəraşlar Enrike Kabrera və Cozef Klibanskinin əsərləri quraşdırılıb.