AZ

Ermənistanı Rusiyaya nota verməyə vadar edən material - Zəngəzur dəhlizi!

Xəbər verdiyimiz kimi, yanvarın 15-də Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri Serey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.

Musavat.com bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, diplomat 12 yanvar 2025-ci il tarixində Rusiya Federasiyasının Ümumrusiya Dövlət Telekanalında Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyü əleyhinə süni şəkildə yaradılan rəvayətlərin səsləndirildiyi “Həftənin Xəbərləri” proqramının buraxılması ilə əlaqədar çağırılıb. Görüşdə səfirə müvafiq etiraz notası verilib.

Musavat.com-a aydın olub ki, İrəvanda qəzəb doğuran material Rusiya telekanalında Zəngəzur dəhlizi ilə bağlı reportaj olub.

Materialda Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizinin açılması zərurəti ilə bağlı yerli televiziyalara müsahibəsində səsləndirdiyi fikirlər də rusdilli auditoriyaya təqdim olunub. Həmçinin 2020-ci ilin 10 noyabr Bəyannaməsinə uyğun olaraq Ermənistanın Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasındakı təqribən 40 km-lik məsafədə sərbəst gediş-gəlişi təmin etmək öhdəliyi götürdüyü xatırladılır.

Musavat.com

Seçilən
2
musavat.com

1Mənbələr