AZ

Amerika Erməni Milli Komitəsi ABŞ-la Emrənistan arasında imzalanan sənədi kağız parçası adlandırdı

Azərbaycan və Türkiyəyə qarşı qatı revanşist mövqeyi ilə bilinən Amerika Erməni Milli Komitəsi (ANCA) Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanmasına maraqlı reaksiya verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, ANCA rəhbəri Aram Hamparyan "X" mikrobloqunda həmin sənədə münasibət bildirib.

Hamparyan öncə bu sənədin Baydenin prezidnetlik müddətinin baş çatmasına 6 gün qalmış imzalanmasına təpki göstərib. Onun sözlərinə görə, Bayden və Blinken daha öncə Ermənistana yardım edə bilərdilər.

“İndi (ABŞ-ın yardımı ilə) Qarabağ əldən gedib, onlar son anda Ermənistanın əlinə məcburi qüvvəsi olmayan bir kağız parçası verirlər. Bu, onların ayrılıq hədiyyəsidir, erməni-amerikan icmasının gözündə açıq şəkildə şəffaf və əzablı boş kəffarə cəhdidir”,- deyə Hamparyan qəzəblə yazıb.

Musavat.com

Seçilən
2
musavat.com

1Mənbələr