Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza yanvarın 13-də səhər saatlarında Əziz Əliyev küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı maşın, “KIA” markalı avtomobillə toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb “KIA” sürücüsünün sürət həddi aşması olub. Nəticədə idarəetmədən çıxan maşın öndəki maşını vuraraq aşırıb. Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə maddi ziyan dəyib.
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.
Nərmin