AZ

Macarıstan və Serbiya ABŞ sanksiyaları fonunda neft kəmərinin tikintisini sürətləndirəcək

Macarıstan və Serbiya ABŞ-nin Avropanın enerji təhlükəsizliyini pozan sanksiyaları fonunda iki ölkə arasında neft kəmərinin tikintisini sürətləndirəcək.

Bu barədəMacarıstanın xarici işlər naziri Peter Siyarto Facebook sosial şəbəkəsində məlumat verib.

“Biz bu gün Serbiyanın energetika naziri Dubravka Jedoviç ilə telefon danışığında iki ölkənin elektrik şəbəkələrini birləşdirən yeni interkonnektorun yaradılması və ilk birgə neft kəmərinin tikintisi də daxil olmaqla, enerji təhlükəsizliyinə birgə sərmayələrimizi sürətləndirmək barədə razılığa gəldik”, - deyə Siyarto qeyd edib.

O əlavə edib ki, dünya siyasətinin Rusiyanın neft-qaz şirkətlərinə qarşı sanksiyaları enerji sahəsində ciddi problemlər yarada bilər və bu cür qərarlar açıq şəkildə müttəfiqlərin maraqları nəzərə alınmadan qəbul edilir. Ona görə də bu vəziyyət qonşularla enerji əməkdaşlığını artırır.

Seçilən
1
aznews.az

1Mənbələr