"Sərbəst buraxılan bütün döyüşçülər müalicə və reabilitasiya üçün Rusiya Federasiyasına təhvil veriləcək".
Turkustan.az xəbər verir ki, danışıqlar nəticəsində Rusiya və Ukrayna arasında 25-25 formatda əsir mübadiləsi aparılıb.
Bu mübadilə 2025-ci ildə ilk dəyişim olub. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi əsirlərin dəyişdirilməsini 30 dekabr 2024-cü ildə elan etmişdi. Onda 150- 150 düsturuna uyğun olaraq əsirlər dəyişdirilmişdi.
Dəyişdirilən əsirlərə lazımi psixoloji və tibbi yardım göstərilib, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı verillib.
Aytən Yaşar/ Turkustan.az