AZ

Kütləvi etirazlar fonunda Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanunun müzakirəsinə qayıdır

"Xarici agentlər haqqında" qanunun qəbul edilməsinə etirazlar zamanı ötən gecə Tbilisinin mərkəzində 63 müxalifətçi saxlanılıb. Bu barədə çərşənbə günü brifinqdə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib.

Bu gün Gürcüstan parlamentində bu qanun layihəsinə yenə baxılacaq, səhər saatlarından onun əleyhdarları yenidən toplanır.

Bu qanun xaricdən maliyyə alan KİV və QHT-lər üçün reyestrin yaradılmasını və onlar üçün məcburi illik maliyyə hesabatlılığının tətbiqini nəzərdə tutur.

İkinci oxunuşda qanun layihəsinə maddələr üzrə baxılmasına 30 apreldə başlanılıb və doqquz saata yaxın davam edib. Bu mərhələdə 11 bənddən ibarət qanun layihəsinin cəmi üç maddəsinin müzakirəsi başa çatıb. Qanun layihəsinin mayın 17-də təsdiqlənəcəyi gözlənilir.

Hakimiyyət 2023-cü ilin martında kütləvi etirazlar fonunda geri çağırılan bu qanun layihəsinin  yenidən gündəmə gəlməsini onunla əsaslandırıb ki, xarici donorlar "Gürcüstandakı radikal qruplar və partiyalar üçün gizli maliyyəni" artırıblar.

To view this video please enable JavaScript, and consider upgrading to a

web browser that

supports HTML5 video

To view this video please enable JavaScript, and consider upgrading to a

web browser that

supports HTML5 video

To view this video please enable JavaScript, and consider upgrading to a

web browser that

supports HTML5 video

Seçilən
5
turan.az

1Mənbələr