AZ

2024-cü ilin yekunları və 2025-ci İl üçün yeni hədəflər müəyyənləşdirildi - FOTOLAR

Uşaq Səfirlər Məclisinin 2024-cü ilin yekunu və 2025-ci ilin tədbirlər planına dair iclası keçirilib.

QHT.az xəbər verir ki, iclas zamanı çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva Məclisin ötənilki fəaliyyətlərini yüksək qiymətləndirərək, həyata keçirilmiş uğurlu tədbirlərin cəmiyyət üçün önəmini vurğulamışdır. Aynur Sofiyeva, həmçinin 2025-ci ildə görüləcək işlər və tədbirlər planı barədə Məclis üzvlərinə ətraflı məlumat təqdim etmişdir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində insan kapitalının inkişafı və onun ölkənin gələcəyi üçün əhəmiyyətini xüsusi vurğulayan A. Sofiyeva, bu istiqamətdə Məclisin qarşısında duran hədəflərini diqqətə çatdırmışdır. İclas çərçivəsində 2025-ci il üçün fəaliyyət planı geniş müzakirə olunmuş, Məclis üzvləri fikirlərini səsləndirmiş və öz təşəbbüslərini irəli sürmüşlər.

Yekunda Sədr müavini Məclis üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Seçilən
8
qht.az

1Mənbələr