AZ

Azərbaycan və Türkiyənin yeni Suriyanın qurulması və inkişafı istiqamətində rolu böyük olacaq – ŞƏRH

Bakı. Trend:

Yanvarın 7-də Prezident İlham Əliyevin yerli televiziyalaramüsahibəsində ifadə etdiyi kimi, son 12 il ərzində Azərbaycan vəSuriya arasında heç bir əlaqə mövcud olmayıb. Birmənalı şəkildəErmənistanın işğal və təcavüz siyasətini dəstəkləyən Əsəd rejimiilə aramızda beynəlxalq hüququn aliliyinə əsaslanan eyni baxışrakursu formalaşdıra bilmədiyimiz üçün Azərbaycanın bu ölkədəkisəfirliyi Suriyadan çıxarılıb.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı BəhruzMəhərrəmov deyib.

Millət vəkili bildirib ki, B.Əsədin hakimiyyəti illərində Suriyadövləti bütün beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyiqarşısında maneə kimi çıxış etməyə cəhd göstərib, əksinəErmənistanın işğal və təcavüzdə ehtiva olunan siyasi gündəliyinəbütün aspektlərdən dəstək verib:

“Yalnız son 5 ilə diqqət etsək, Ermənistanın baş naziri NikolPaşinyanın Bəşər Əsədə göndərdiyi məktublar, Suriyaya göndərdiyiheyətlər, o cümlədən qarşılıqlı olaraq verilən birgə bəyanatlar ikiölkə, daha dəqiq desək, iki rejim arasında münasibətlərin hansısəviyyədə olduğunu göstərmək üçün ciddi bazis rolunu oynayır”.

Bəhruz Məhərrəmov xatırladıb ki, Suriya ətrafında situasiyaartıq tamamilə dəyişib, Əsəd rejiminin devrilməsi ilə Suriya üçünyeni bir dövr başlayıb.

“Bu dövrdə Türkiyənin Suriyanın yeni dövrdə inkişafındahəlledici mövqeyi ön plana çıxıb. Əsəd rejiminin çökməsindən sonraPrezident Rəcəb Tayyib Ərdoğan ilk dəfə məhz Prezident İlhamƏliyevə zəng edib və dövlət başçıları bu münasibətlə bir-biriniqarşılıqlı olaraq təbrik ediblər. Dövlət başçısı həm türkiyəlihəmkarı, həm də müsahibəsində geniş ictimaiyyətə açıq şəkildə bəyanetdi ki, Suriyanın inkişafı məsələsində biz də Türkiyənin yanındaolmağa hazırıq və artıq bunu etməyə başlamışıq.

Azərbaycanın bu prosesdə mövqeyi kifayət qədər aydın vəkonseptual xarakter daşıyır. Biz konstitusion olaraq bütün dünyaxalqları ilə sülh, əmin-amanlıq şəraitində yaşamaq və buistiqamətdə əməkdaşlıq etməyi ali niyyət kimi müəyyən etmişik vəbütün beynəlxalq subyektlər, o cümlədən yeni Suriya iləmünasibətlərimizi beynəlxalq hüququn ümumtanınmış normalarındaəksini tapan prinsiplər əsasında qurmağı arzulayırıq”, - deyədeputat qeyd edib.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli isəTrend-əaçıqlamasında bildirib ki, Əsəd rejimi Livandan sonra qondarmaerməni soyqırımını tanıyan ikinci müsəlman ölkəsi kimi hər zamanErmənistanla sıx əlaqələrə malik olub:

“Ermənistan bu ölkənin ərazisində yaşayan ermənilər, terrortəşkilatları ilə daim sıx əlaqədə olub. Eyni zamanda 44 günlükmüharibəsində də Suriyadan gələn döyüşçülər Ermənistan ordusununtərkibində Azərbaycanın legitim ərazilərində bizə qarşı döyüşüblər.Uzun illər boyu isə bu ərazilərdə bilavasitə Bəşər Əsədin dəstəyiilə erməni terrorçuları üçün hərbi təlim bazaları fəaliyyətgöstərib. Faktiki olaraq bu rejim mövcud olduğu zaman kəsiyindəAzərbaycana qarşı düşmən münasibəti ilə yadda qalıb, Ermənistanınişğalçılıq siyasətini dolayı yolla dəstəkləyib, erməni terrorizministimullaşdıran qüvvələrdən biri kimi çıxış edib. Ermənistanlabirlikdə guya İŞİD-ə qarşı mübarizə istiqamətində imzalanan müvafiqsənədə müddəa salan ABŞ erməni terrorizminin Əsəd rejimi iləəlaqələrini görməzdən gəlib”.

Elçin Mirzəbəylinin sözlərinə görə, Azərbaycan Suriyada başverən proseslərə ilk növbədə Türkiyənin maraqları kontekstindənyanaşır:

“Çünki iki ölkə arasında olan müttəfiqlik münasibətləri də bunutələb edir. Suriyada sülh, təhlükəsizlik və əmin-amanlığın təminolunması birinci növbədə Türkiyə, daha sonra isə bütövlükdə genişbir coğrafiya üçün böyük əhəmiyyətə malikdir. Çünki terrorqruplarının meydan suladığı ərazidə sülh olmayacağı təqdirdə, bütünbölgə, həmçinin Ermənistan Suriyadan gələn terrorçuları özmaraqları naminə istifadə etdiyindən Cənubi Qafqaz üçün dəproblemlər yaranacaq”.

Millət vəkili əlavə edib ki, əlaqələrin daha sıx şəkildəqurulması və inkişafı üçün ölkəmizə prioritet olan istiqamətlərdənbiri bu ölkədə legitim hakimiyyət orqanlarının formalaşmasıdır.

“İlk növbədə Suriya konstitusiyası qəbul olunmalı vəhakimiyyətin necə formalaşacağı qanunvericilik çərçivəsindəmüəyyənləşməlidir. Ondan sonra, şübhəsiz ki, Azərbaycanla Suriyanınlegitim hakimiyyəti arasında əlaqələrin daha sıx şəkildə inkişafedəcəyinin şahidi olacağıq.

Bu dövlət bizim üçün uzaq ölkə deyil. Orada bizə qardaş olantoplum yaşayır. Onların sayı kifayət qədər çoxdur. Söhbət Suriyadayaşayan türkmənlərdən gedir. Suriya ərazisində Azərbaycanmədəniyyətinin izləri bu gün də qalmaqdadır. Suriyanın qurulması vəinkişafı, iqtisadi əlaqələrin yenilənməsi istiqamətində Azərbaycanvə Türkiyənin rolu kifayət qədər böyük olacaq”, - deyə deputat qeydedib.

Seçilən
10
1
az.trend.az

2Mənbələr