AZ

Rusiya ilə sülh ABŞ və Avropaya böyük itkilər gətirəcək - Xəbərdarlıq

Rusiya

Qərb Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə müharibədə qalib gəlməsinə imkan verməməlidir. Onun üçün hətta artıq zəbt etdiyi əraziləri əldə saxlamaq da bir qələbə olardı.

Reyting.az
xəbər verir ki, bunun NATO baş katibinin keçmiş köməkçisi, ABŞ müdafiə nazirinin müavini, politoloq Vitali Qarber deyib.

Onun sözlərinə görə, Putin Ukraynada qalib gəlsə, Qərb dünyası bunun əvəzini çox ağır ödəyəcək.

“Qərb Ukrayna ərazilərinin tam işğalını pul və insan həyatı baxımından çox bahalı iş hesab edir. Ukrayna tərəfdaşlarını Kiyevi Rusiya Federasiyası ilə güzəştə getməyə sövq edən də məhz budur”,- Qarber əlavə edib.

Qarberin fikrincə, kompromis sülh ABŞ və Avropaya böyük iqtisadi və reputasiya itkiləri gətirəcək.

Qarber qeyd edib ki, əgər Putin Rusiya tərəfindən işğal edilmiş ərazilərin əksəriyyətini saxlaya bilsə, o, milli qəhrəmana çevriləcək.

Qarber onu da xatırladıb ki, işğal olunmuş ərazilərlə birlikdə Rusiya ümumi dəyəri 26 trilyon dollardan çox olan faydalı qazıntılar qazanacaq. Odur ki, bu müharibə son nəticədə Rusiya üçün öz bəhrəsini verə bilər: “Yaxın gələcəkdə Ukrayna ilə bağlı baş verəcəklər təkcə Avropa ilə məhdudlaşmayacaq və ABŞ üçün əhəmiyyətli nəticələr verəcək. Əgər biz sülh naminə açıq təcavüzü mükafatlandırsaq, bu, gələcəkdə bizə qan və xəzinə bahasına başa gələcək”.

E. KAMAL
Seçilən
14
reyting.az

1Mənbələr