AZ

Xocalı şəhəri artıq ümidlərin, arzuların məkanıdır

“Böyük Qayıdış” proqramı çərçivəsində Xocalıya 26 ailə köçürüldü  Bu gün Xocalı şəhəri artıq ümidlərin, arzuların məkanıdır.
Bunu Əməkdar jurnalist Afət Telmanqızı bildirib.
Otuz ildən coxdur ki, işığı sönmüş evlərdə bu gün çıraqlar yanır, gülüş səsləri eşidilir. Yanvarın 15-də Respublikamızın müxtəlif şəhər və rayonlarında müvvəqəti məskunlaşan Xocalıdan olan keçmiş məcburi köçkünlərin Xocalı şəhərinə köç karvanı yola salınıb. “Böyük Qayıdış” proqramı çərçivəsində bu gün Xocalı şəhərinə 25 nəfərdən ibarət 6 ailə, Ballıca kəndinə isə 102 nəfərdən ibarət 20 ailənin növbəti köçü baş tutub.Xocalı şəhəri bu gün artıq ümidlərin, arzuların məkanıdır. Bugünədək Xocalı şəhərində 46 ailənin daimi məskunlaşması təmin edilib. Ötən ildən etibarən Xocalının Ballıca kəndinə də köç başlayıb. “Bununla üçüncü dəfədir ki, bu kənddə köç həyata kecirilir. İndiyədək Ballıca kəndinə ümumilikdə 68, Xocalı şəhərinə isə 52 ailə köçürülüb”.

Xəbər verdiyimi kimi Şuşa,Xocalı və Ballıcaya növbəti köç həyata keçirirlib .  

Seçilən
47
xalq.az

1Mənbələr