Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Tanzaniyada Marburq virusundan 8 nəfərin öldüyünü açıqlayıb.
Gundem.az xəbər verir ki, bununla bağlı ÜST-nın baş direktoru Tedros Adhanom Qebreyesus sosial media hesabında açıqlama verib.
O, epidemiyanın bölgədə daha da yayıla biləcəyi ilə bağlı xəbərdarlıq edib. Açıqlamada üzv ölkələrin Marburq virusunun yayılması ilə bağlı məlumatlandırıldığı qeyd edilib.
Qebreyesus Tanzaniyaya qonşu ölkələrin yoluxma hallarına hazır olmaları lazım olduğunu vurğulayıb. O, risk altında olan ölkələrə Tanzaniya ilə səyahət və ticarəti məhdudlaşdırmağı da təklif edib.