Yaponiya 3 dekabr 2024-cü ildə hərbi vəziyyət elan edildiyi üçün Cənubi Koreya prezidenti vəzifəsindən uzaqlaşdırılan Yoon Suk Yeolun istintaq çərçivəsində saxlanılmasını narahatlıqla izlədiyini açıqlayıb."Kyodo News"un məlumatına görə, Yaponiya Nazirlər Kabinetinin baş katibi Hayaşi Yoşimasa mətbuat konfransında Yoonun saxlanması ilə bağlı açıqlamalar verib.Cənubi Koreyada baş verənləri və Yoonun saxlanmasını narahatlıqla izlədiklərini ifadə edən Hayaşi, "Yaponiya ilə Cənubi Koreya arasındakı əlaqələrin əhəmiyyəti dəyişməyəcək" bildirib."Yaponiya Cənubi Koreyanı qlobal çağırışların öhdəsindən birgə gələ biləcək mühüm qonşu kimi görür", - Hayaşi deyib.Yaponiya Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmisi də Yunun həbsinin pis vaxta təsadüf etdiyini deyib və gələn həftə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə işarə edib.Rəsmi qeyd edib ki, o, Cənubi Koreyada siyasi qarışıqlığın bir müddət davam edəcəyini gözləyir.Yaponiya rəsmiləri bildirirlər ki, Cənubi Koreyada prezident postunu kimin üzərinə götürməsindən asılı olmayaraq, iki ölkə arasında ünsiyyət peşəkar səviyyədə davam edəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta