Finlandiyanın HMD Global şirkəti Nokia markalı smartfonları satışdan çıxarıb.
Bu barədə "TechNetBooks" portalı məlumat yayıb .
İndi şirkətin saytında yalnız öz brendi olan HMD-nin ən son smartfon modelləri təqdim olunur. HMD-nin Nokia markasını büdcə funksiyalı telefonlar üçün istifadə etməyə davam edəcəyi bildirilir.
Eyni zamanda, Nokia telefonları “köhnəlmiş” bölməyə köçürülüb və onları almaq üçün əlçatmaz kimi qeyd edilib.