2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı keçirilir.
Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən bildirilib.
Ehtiyatdan çağırılanlar müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.
Son Yazılar:
- Hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir
- Türkiyədə polis 5 ailə üzvünü ÖLDÜRDÜ
- Cənubi Koreyanın sabiq Prezidenti təcridxanaya APARILDI
Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, onlara təhlükəsizlik qaydaları çatdırılıb.
Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması və praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək.