AZ

“Müdafiə sahəsində ABŞ və Fransayla əməkdaşlıqdan məmnunuq”- Ermənistan müdafiə naziri

Ermənistanın müdafiə naziri Suren Papikyan müdafiə sahəsində Amerika və Fransa ilə əməkdaşlığın hazırkı durumundan məmnunluğunu ifadə edib.

Teleqraf.com xəbər verir ki, nazir bu barədə 2024-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb.

Papikyan ötən ilki Fransa və ABŞ səfərlərinə toxunub və bunun Ermənistanın müdafiə qabiliyyətinin artırılmasına yönəldiyini vurğulayıb.

“Birləşmiş Ştatlar Silahlı Qüvvələrimizin transformasiyasını dəstəkləyir. Eyni sözləri Fransa haqqında da deyə bilərəm. Mən yalnız əməkdaşlığımızın hazırkı durumundan məmnun olduğumu ifadə edə bilərəm. Bizə verilən imkanlar ordumuzun institusional islahatları və yeni strukturların yaradılması üçün vacibdir”, - Papikyan qeyd edib.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
17
teleqraf.com

1Mənbələr