AZ

Suya qənaət edilməsə 2030-cu ilə qədər quraqlıq, səhralaşma və su qıtlığı ilə üzləşə bilərik

Təmiz və lazımi qədər su təminatı insan sağlamlığı və rifahı üçün önəmlidir. Bununla belə, çaylar, göllər, bataqlıq ərazilər və şirin su ekosistemləri zəngin biomüxtəlifliyi ilə birlikdə planetdə ən çox təhlükə altında olanlar sırasındadır. UNEP-in arşdırmalarına görə, dünya ölkələrinin yarısı şirin su sistemlərinə öz mənfi təsirini göstərir. Bunun nəticəsində çay axımı və yerüstü su ehtiyatları əhəmiyyətli dərəcədə azalır və suyun idarə edilməsi çətinləşir.

İqlim dəyişikliyi, çirklənmə, bəndlər və həddindən artıq su yığımı bunun əsas səbəblərindəndir. Belə davam edərsə, 2030-cu ilə qədər bəşəriyyətin yarısından çoxu içməli suya olan təlabatını ödəməkdə çətinliklərlə qarşılaşacaq. Suya qənaət vərdişini formalaşdırmasaq 2030-cu ilə qədər quraqlıq, səhralaşma və su qıtlığı ilə üzləşə bilərik. Ekologiya.az
Seçilən
18
ekologiya.az

1Mənbələr