"Real"ın baş məşqçisi Karlo Ançelotti gənc futbolçusu Raul Asensio haqda danışıb.
QOL.az xəbər verir ki, bu barədə mütəxəssis "Copa del Rey"in 1/8 finalında "Selta" ilə matçdan öncə keçirilən mətbuat konfransında deyib:
"O, mərkəz müdafiəçisidir. Asensionu sağ cinah müdafiəçisi kimi oynatmağa vaxt lazımdır. Çünki o, buna hazır deyil. İlk dəfə iki ay əvvəl komandaya qoşuldu və yaxşı oyunlar keçirdi. Raul göstərdi ki, oynaya bilər. Lakin o, cəmi iki ay bizimlədir".
Qeyd edək ki, "Real" - "Selta" matçı sabah Bakı vaxtı ilə saat 00:30-da keçiriləcək.