Polşa yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra öz əsgərlərini Ukraynaya göndərməyə hazırdır.
Polşanın baş naziri Donald Tusk bu barədə Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
Təhlükəsizliyin təminatı olaraq Ukraynaya Polşa əsgərlərinin göndərilməsindən danışan Tusk bunun Polşanın və ya Ukraynanın planı olmadığını bildirib.
"Bu, bir-birimizə nə qədər yaxın olduğumuzu bir daha nümayiş etdirməyimizlə bağlı deyil, dünyada hər kəsin hörmət edəcəyi və pozmaqdan qorxacağı real təhlükəsizlik zəmanətləri haqqındadır",- deyə polşalı lider qeyd edib.