Fransanın "Lion" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Botafoqo"dan Tiaqo Almadanı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Argentina millisinin üzvü mövsümün ikinci yarısını icarə əsasında "Lion"da keçirəcək.
Qeyd edək ki, "Botafoqo" Tiaqo Almadanı 2024-cü ilin yayında ABŞ-nin "Atlanta" klubundan transfer edib. 23 yaşlı hücumameyilli yarımmüdafiəçi Braziliya təmsilçisinin heyətində keçirdiyi 20 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi