AZ

İran Rusiya ilə hərbi ittifaqdadır

İranın xarici işlər naziri Abbas Əraqçi IRNA agentliyinə müsahibəsində deyib ki, Moskva və Tehran arasında hərtərəfli tərəfdaşlıq sazişi dövlətlər arasında hərbi ittifaqın yaradılmasını nəzərdə tutmur.


“Saziş təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı ehtiva edir, lakin hərbi ittifaq yaratmaq məqsədi daşımır”, - deyə Əraqçi bildirib. Onun sözlərinə görə, saziş iqtisadiyyat və ticarətə xüsusi önəm verir və sırf Rusiya ilə İran arasında münasibətlərin yaxşılaşdırılmasına yönəlib və heç bir üçüncü tərəfə qarşı çıxmaq məqsədi ilə bağlanmayacaq.

Bundan əvvəl İranın Rusiyadakı səfiri Kazem Cəlali Moskva ilə Tehran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin İran prezidenti Məsud Pezeşkianın Rusiya paytaxtına səfəri zamanı imzalanacağını bildirmişdi. Müqavilənin 20 il davam edəcəyi gözlənilir.

Ümumilikdə sənəd ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edən 47 maddədən ibarətdir. Müqavilə hazırlanarkən əsas diqqət “tarazlığa, suverenlik prinsiplərinə və ölkələrin ərazi bütövlüyünə hörmətə” yönəldilib”, - deyə Cəlali vurğulayıb. Eyni zamanda, Middle East Eye-a görə, sənəd Krımın və Ukraynanın digər ilhaq edilmiş ərazilərinin Rusiya tərəfindən tanınmasını nəzərdə tutmur.

 

Nigar

 

Seçilən
7
oxu24.com

1Mənbələr