Milli müdafiə naziri Yaşar Gülər terrorla mübarizənin davam etdiyini bildirib.
SİA-nın məlumatına görə, nazir Gülər Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Türkiyə Böyük Millət Məclisinin Qrup Toplantısı öncəsi jurnalistlərin suallarını cavablandırıb.Fərat çayının şərqində (Suriyada) ola biləcək əməliyyatla bağlı sualı cavablandıran Y.Gülər son əməliyyatlara və hava hücumlarına diqqət çəkib və terrorla mübarizənin davam etdiyini vurğulayıb.