AZ

Ukraynada KİV üçün yeni qayda: məmurlar haqqında yazılan mənfi şərhlər silinəcək

Ali Radanın qəbul etdiyi qanun layihəsinə əsasən, onlayn fəaliyyət göstərən Ukrayna KİV-ləri üç gün ərzində dövlət məmurları haqqında yazılan mənfi şərhləri silməli olacaq.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə parlamentin saytında dərc olunan sənəddə “KİV haqqında” qanunun yalan məlumatın yayılmasına görə məsuliyyət nəzərdə tutan maddəsinə dəyişiklik edilib.

Yerli “Məhkəmə-hüquq qəzeti” iddia edir ki, bir çox məmurlar özləri haqqında mənfi xarakter daşıyan məlumatları çox vaxt yalan adlandırırlar. Eyni zamanda, Ukrayna qanunvericiliyinə görə, əksi sübuta yetirilmədiyi təqdirdə məlumat yalan hesab olunur. İndi bəzi ekspertlər təklif edirlər ki, yeni sənəd media orqanlarını, məsələn, korrupsiya ilə bağlı istifadəçi şərhlərini silməyə məcbur edəcək.

QAZİLER.AZ

Seçilən
4
qaziler.az

1Mənbələr