Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan və Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) Telekommunikasiyanın İnkişafı Bürosu ilə əməkdaşlıq məsələlərini müzakirə edib.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Bu müzakirələr ölkədə səfərdə olan Beynəlxalq Telekommunikasiya İttifaqının Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru Kosmas Zavazava ilə keçirilən görüşdə aparılıb.
“Ötən il Bakının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində birgə fəaliyyətimiz və bu ilin noyabrında ölkəmizdə keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına hazırlıq prosesi haqqında danışdıq”, - deyə nazir qeyd edib.