AZ

ABŞ-dan Rusiyaya növbəti sanksiya - Siyahı

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Xarici Aktivlərə Nəzarət İdarəsinin sənədində bildirilir.

Qeyd olunub ki, 16 şəxs Rusiya ilə əlaqədə olduğu iddiası ilə məhdudiyyətlərə məruz qalıb. Onların arasında Çin, Rusiya, Türkiyə və Almaniya vətəndaşları da var. Eyni zamanda, Novosibirsk vilayətinin keçmiş qubernatoru Vasili Yurçenko da siyahıda yer alıb.

Sanksiyalardan aşağıdakı müəssisələr də təsirlənib:

- "Voentorg".

- Taktik Raketlər Korporasiyası.

- "Barnaultransmaş" və "Motovilikha zavodları" müəssisələri.

- Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidməti.

- Tambov barıt zavodu.

Seçilən
4
3
axar.az

4Mənbələr