AZ

Sərnişin Rusiya təyyarəsinin göyərtəsində bomba olduğunu bildirib

Rusiya aviaşirkətinin təyyarəsi havaya qalxdıqdan sonra bir sərnişinin göyərtəsində bomba olduğunu bildirməsi səbəbindən hava limanına qayıdıb.

SİA xəbər verir ki, bu barədə “Ehtiyatlı ol, Moskva” Telegram kanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, təyyarə yanvarın 15-də saatMoskvadan Novosibirskə yola düşüb, lakin Şeremetyevoya qayıtmağa məcbur olub - sərnişinlərdən biri bomba hədəsi ilə reysi pozub.

Hadisə şahidləri bildiriblər ki, təyyarə saat 17:00-da yerə enib və bütün insanlar salondan çıxarılıb.

Nəticədə uçuş saat 17:30-a təxirə salınıb.

Bundan əvvəl Özbəkistan Hava Yollarına məxsus təyyarə havada mühərrikində nasazlıq yaranmışdı. Arızaya baxmayaraq, Buxaradan gələn gəminin heyəti Moskvaya enmək qərarına gəlib.

Əli Babayev

Seçilən
17
sia.az

1Mənbələr