Yanvarın 14-də Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar, Ermənistan Xarici İşlər Nazirliyi bildirib.
Mərasim Bakı vaxtı ilə saat 22:00-da olacaq və ABŞ Dövlət Departamentinin YouTube kanalında birbaşa efirdə yayımlanacaq.
Sənədin məzmunu hələlik açıqlanmır, lakin bu fakt özü çox şeydən xəbər verir.
Belə vəziyyətdə bəzi suallar yaranır: Azərbaycana da analoji təklif edilibmi? Əgər təklif edilibsə, Bakı nə cavab verib?
Vaşinqtonun Yerevanla bu qədər çox yaxınlaşması Vaşinqtonun Bakı ilə münasibətlərinin daha da pisləşməsi deməkdirmi, yoxsa qapı açıq qalır?
Nə olursa- olsun, ABŞ Cənubi Qafqazda iştirakdan imtina etmək niyyətində olmadığına və bunun uzunmüddətli siyasət olduğuna işarə edir.
Dolayısı ilə bu, Bakının ABŞ-ın ünvanına səsləndirdiyi son ittihamlara da cavabdır.