AZ

69 saylı Biləsuvar şəhər seçki dairəsi üzrə 236 nəfər ilk dəfə səs verəcək

69 saylı Biləsuvar seçki dairəsi üzrə 236 nəfər yanvar 29-da keçiriləcək bələdiyyə seçkilərdə ilk dəfə səs verəcək.

Bu barədə "Report"un Muğan bürosuna sözügedən dairənin seçki komissiyasının sədri Əzizağa Hətəmov məlumat verib.

Seçki dairəsində 221 namizəd qeydə alınıb. 53 660 seçicisi olan dairənin hüdudları daxilində 46 seçki məntəqəsi texniki cəhətdən tam hazırlıq vəziyyətinə gətirilib.

Qeyd edək ki, on məntəqədə veb kameralar quraşdırılıb.

Seçilən
1
1
report.az

2Mənbələr