Dünyanın ən sürətli robot itini təqdim ediblər - Foto
Çinin Zejianq Universitetinin Humanoid Robot İnnovasiyaları Araşdırma İnstitutu ilə "Jingshi" şirkəti yeni təyinatlı robot hazırlayıblar.
Reyting.az xəbər verir ki, "Qara Pantera" adlanan dördayaqlı robot saniyədə 10 metr və ya 36 kilometr saat sürətlə qaça bilən dünyanın ən sürətli ilk robot itidir.
"Qara Pantera"-nın yeni 2.0 versiyası yanvar ayının 13-də təqdim olunub. Onun çəkisi 38 kiloqram, bədəninin uzunluğu 0,63 metrdir. Çin istehsalı olan bu robot it tam "döyüş zirehləri" ilə təchiz edilib.
Çinin İnnovasiya Tədqiqat İnstitutunun alim əməkdaşı Jin Yonqbinin sözlərinə görə, çox cəld olan robot köpək yüksək sürətli sprintə nail olmaqdan ötrü dörd robot ayağının hamısını eyni vaxtda əlaqələndirmək üçün "Huygens sarkac" prinsipindən istifadə etməklə hazırlanıb. Hərəkət zamanı yerə təsir və həmçinin enerji sərfiyyatını azaltmaq üçün robot it onun "diz oynaqlarına" quraşdırılmış son dərəcə müasir, həm də xüsusi yaylardan tampon kimi istifadə edə bilir.
Robot itin kifayət qədər böyük və "dana" gövdəsi daha çox jerboanın ayaqlarına bənzəyən karbon lifli konstruksiyalarla gücləndirilib. Bu, strukturun çəkisini cəmi 16 faiz, robotun it bədəninin sərtliyini isə sürətə uyğun olaraq 135 faiz artırmağa imkan verir.
Son formalaşma mərhələsi tam bitəndən sonra bu yeni və çox sürətli robot itə dartma qabiliyyətini təxminən 200 faizədək daha müasirləşdirib yaxşılaşdırmaq üçün çita pəncələrini tamamilə rahat hərəkətə gətirmək məqsədilə yeni modelləşdirilənxüsusi "idman ayaqqabıları" verilib.
Çin alimləri bildiriblər ki, gələcəkdə qrup robotlarda bioloji hərəkətliliyə nail olmaq üçün həll yollarını da araşdırmağa davam edəcəklər.
Xatırladaq ki, bundan əvvəl Çinə məxsus olan "Unitree" şirkəti daha sürətli hərəkət üçün pəncələri təkərli olan daha bir "B2-W" robot itin imkanlarını nümayiş etdirmişdi.
Onu da qeyd edək ki, Çinin bu yeni robot iti asanlıqla tullana, yamaclardan enə, yük daşıya, istənilən səthdə maneəsiz hərəkət edə bilir.
Oqtay QORÇU