AZ

İlham Əliyev 4 fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Braziliya Federativ Respublikasının Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanın mətnini təqdim edirik:

1. 2024-cü il sentyabrın 13-də Kuyaba şəhərində imzalanmış “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Braziliya Federativ Respublikasının Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Braziliya Federativ Respublikası Hökumətinə bildiriş göndərsin.

***

Prezident İlham Əliyev “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 86-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 4-cü hissəsinin birinci və ikinci cümlələrində “informasiya sistemi” dedikdə “Bələdiyyələrlə iş” informasiya sistemi nəzərdə tutulur;

1.2. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 37.8-ci maddəsinin birinci və ikinci cümlələrində “informasiya sistemi” dedikdə “Bələdiyyələrlə iş” informasiya sistemi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 86-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 24 dekabr tarixli 233 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 713 (Cild I) 2-ci hissəsinin ikinci abzası 2.1-ci bənd hesab olunsun və aşağıdakı məzmunda 2.2-ci bənd əlavə edilsin:

“2.2. həmin Qanunun 11-ci maddəsinin 4-cü hissəsinin birinci və ikinci cümlələrində “informasiya sistemi” dedikdə “Bələdiyyələrlə iş” informasiya sistemi nəzərdə tutulur.”.

4. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 605 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 dekabr tarixli 257 nömrəli Fərmanı) 2.19-cu bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.20-ci bənd əlavə edilsin:

“2.20. həmin Qanunun 37.8-ci maddəsinin birinci və ikinci cümlələrində “informasiya sistemi” dedikdə “Bələdiyyələrlə iş” informasiya sistemi nəzərdə tutulur.”.

***

Prezident İlham Əliyev “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 92-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 606 (Cild I); 2024, № 4, maddə 393, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 2.2.12-ci yarımbəndinə “yerləşdirilməsini” sözündən sonra “və saxlanılmasını” sözləri əlavə edilsin və həmin yarımbənddən “və səfərbərlik ehtiyatlarını saxlayan” sözləri çıxarılsın.

2. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 707 (Cild I) 2.2-ci bəndində “5.2.18–5.2.20-ci” sözləri “5.2.19-cu və 5.2.20-ci” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1490 (Cild I); 2024, № 5 (I kitab), maddə 515) ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın 1.6-cı bəndi ləğv edilsin.

4. “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 19 iyul tarixli 90 nömrəli, “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 19 yanvar tarixli 175 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 11 aprel tarixli 2096 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 4, maddə 481 (Cild I) 2.1.3-cü yarımbəndindən “və dövlət ehtiyatlarının yaradılması, istifadə edilməsi və bərpası qaydasını” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 92-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Nizamnaməsinin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı”nda nəzərdə tutulan dövlət müəssisələri Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) strukturuna daxil edilsin.

3. “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 599 (Cild I) aşağıdakı məzmunda 8-2-ci hissə əlavə edilsin:

“8-2. Bu Fərmanın müddəaları Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) öz əmlakına və onun idarəetməsinə verilmiş dövlət müəssisələrinə, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinə və publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON-a) tətbiq edilmir.”.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.

Seçilən
1
7
infoaz.ws

8Mənbələr