...Rusiyada 2025-ci il üçün xüsusilə tələbat olan silahların istehsalı üzrə qrafik təsdiq edilib.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib....Bizim cari il üçün əsas vəzifəmiz ötən il qazanılan sürəti qorumaqdır. Xüsusilə tələbat olan silah modellərinin 2025-ci il üçün istehsal qrafiki təsdiqlənib.
O, bu barədə 2024-cü ildə tələb olunan silahların istehsalına nəzarət üzrə Hərbi-Sənaye Komissiyasının işçi qrupunun fəaliyyətinin yekunlarına və 2025-ci il üçün planlara həsr olunmuş iclasda bildirib.
Medvedev çoxlu sayda məmulatların istehsalının artırıldığını vurğulayıb.
2024-cü ilin dekabrında Rostec Dövlət Korporasiyasının Silah, Sursat və Xüsusi Kimya Klasterinin Sənaye Direktoru Bekxan Ozdoyev bildirdi ki, Rusiya hazırda sursat istehsalında dünyada lider mövqe tutur.
Oktyabr ayında Rostec-in baş direktoru Sergey Çemezov 2023-cü ildə tank sursatlarının istehsalının 30 dəfədən çox artdığını bildirib. Onun sözlərinə görə, dövlət korporasiyası dövlət müdafiə sifarişini 99,5 faiz yerinə yetirir.
Əli Babayev