AZ

Hakan Fidan: Türkiyə hər sahədə Suriyaya dəstək verməyə hazırdır

Suriyada yaranan fürsətdən yeni administrasiya və beynəlxalq ictimaiyyət doğru istifadə etməlidir. Türkiyə hər sahədə Suriyaya dəstək verməyə hazırdır.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə mətbuat konfransı zamanı bildirib.

Nazir qeyd edib ki, Suriyanı rəqabət sahəsi kimi deyil, əməkdaşlıq sahəsi olaraq görmək lazımdır.

Onun sözlərinə görə, ölkənin bərpası məsələsində sanksiyaların aradan qaldırılması lazımdır.

H. Fidan, həmçinin, yaxın zamanda Türk Hava Yollarının Suriyaya uçuşları başladacağını da əlavə edib.

Terrorla mübarizə mevzusuna toxunan türkiyəli nazir, bölgənin gələcəyində terrora yer olmadığını da vurğulıb, ölkəsinin bu istiqamətdə lazımi addımları atacağını bildirib.

Seçilən
7
1
apa.az

2Mənbələr