Ukraynanın Ali Baş Komandanının qərargahı Pokrovska nəzarəti itirib.
Axar.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin keçmiş müşaviri Yuri Butusov deyib.
“Ukrayna Ali Baş Komandanının və Silahlı Qüvvələrinin baş komandanının qərargahı özləri hadisələrin gedişatına təsir etmək iqtidarında olmadıqlarını nümayiş etdirirlər”, - Butusov qeyd edib.
Butusov əlavə edib ki, bu istiqamətlərdə ukraynalı piyadalar xeyli itki verir.