AZ

Avropa İnsan Hüquqları Məhkəməsi  azərbaycanlı ərizəçilərə təxminən 1,7 milyon avro ödənilməsi barədə qərar çıxarıb

Yanvarın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi  Azərbaycanla bağlı yeni qərarını elan edib. Qərar əsasən vətəndaşların mülkiyyət hüququnun pozulmasına aid olub.

Əsasən, "İsmayıl Bağvanov və başqaları Azərbaycana qarşı" işi üzrə hökm çıxarılıb.

Bu işdə Bakıda  "Qış parkı"nın tikintisi zamanı evlərinin sökülməsindən narazı qalan 14 vətəndaşın şikayətləri birləşdirilib.

Ərizəçilər mülkiyyət və ədalətli məhkəmə çəkişməsi hüququnun pozulduğunu göstəriblər.

Bütün ərizəçilərlə bağlı məhkəmə onların mülkiyyət hüquqlarının pozulduğunu tanıyıb. Daha 4 ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu tanınıb.

Avropa İnsan Hüquqları Məhkəməsi  bütün ərizəçilərə maddi ziyana görə 12 min avrodan 370 min avroya qədər –  cəmi 1 milyon 693 min 892 avro məbləğində təzminat ödənilməsi barədə qərar qəbul edib.

Daha 4 ərizəçi mənəvi ziyana görə 4700 avro alacaq.

Bundan əlavə, bütün ərizəçilərə poçt və digər xərclərin ödənilməsi üçün birlikdə 692 avro ödəniləcək.

Seçilən
5
turan.az

1Mənbələr