AZ

OPEC-in xam neft hasilatı sutkada 26 min barel artıb

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı ötən ilin dekabrında əvvəlki ayla müqayisədə gündəlik 26 min barrel artaraq 26 milyon 741 min barrelə çatıb.

OPEC-in aylıq neft bazarı hesabatına görə, ötən ay xam neft hasilatında ən çox artım qeydə alınan ölkə Liviya, ən çox azalan ölkə isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub.

Liviyada hasilat sutkada 53 min barel artaraq 1 milyon 290 min barelə çatıb. BƏƏ-də gündəlik hasilat 44 min barel azalaraq 2 milyon 914 min barelə düşüb.

Eyni dövrdə qrupun ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanında hasilat gündəlik 23 min barrel azalaraq 8 milyon 938 min barelə düşüb.

OPEC-in xam neft hasilatı ötən ay əvvəlki ayla müqayisədə gündəlik 26 min barrel artaraq 26 milyon 741 min barrelə çatıb.

Keçən ay OPEC və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupunun ümumi xam neft hasilatı gündəlik 14 min barrel azalaraq 40 milyon 654 min barel olaraq qeydə alınıb.

Seçilən
9
kommersant.az

1Mənbələr