AZ

Volodimir Zelenski Donald Trampla görüşün anonsunu verdi

Ukrayna ABŞ-ın yeni hökumətindən “güc vasitəsilə sülh” konsepsiyası çərçivəsində məhsuldar əməkdaşlıq gözləyir. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski yanvarın 15-də Varşavada Polşanın baş naziri Donald Tusk ilə görüşündən sonra mətbuat konfransında deyib.

Kiyev Ukraynadakı müharibəyə görə işğalçı ölkə Rusiyaya qarşı sanksiyaların artırılmasına ümid edir. O hesab edir ki, Birləşmiş Ştatlar bu gün təkcə Ukraynaya əsas yardım mənbəyi deyil, həm də dünyada sabitliyin strateji təminatçısıdır.

Zelenski yanvarın 20-də inauqurasiyadan sonra ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla gələcək danışıqları açıqlayıb. Tarix hələ açıqlanmayıb. “Komandalarımız artıq qarşıdan gələn görüşün məzmunu və formatı üzərində işləyirlər. Orada əsas məsələlər müzakirə olunacaq. Mən təfərrüatlara varmayacağam, hələ tezdir, amma əsas məsələni bilirsiniz – biz bu müharibəni bitirmək istəyirik, lakin bizə ədalətli sülh lazımdır və bunun üçün Rusiyanın bir daha müharibə ilə qayıtmayacağına inam lazımdır”, – deyə prezident bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
4
editor.az

1Mənbələr