AZ

Ölümcül qripdən necə qorunmaq olar? VİDEO

Yanvar ayı daxil olandan iki azyaşlı yüksək qızdırmadan dünyasını dəyişib.

Hər ikisində qızdırma, virus infeksiyası və pnevmoniya əlamətləri olduğu müəyyənləşib.

Xezerxeber.az-ın məlumatına görə, 20 saylı şəhər poliklinikasının baş həkimi- terapevt Nigar Abdullayeva deyir ki, qrip virusu bəzən daha şiddətli əlamətlərlə özünü göstərə bilir. Çox vaxt qripə yoluxan azyaşlılarda hərarəti salmaq çətin olur.

Bu səbəbdən ağır nəticələrdən özümüzü və uşaqları qorumaq üçün ildə 1 dəfə qrip əleyhinə peyvənd olunmalıyıq.

Gigiyena və Epidemiologiya Mərkəzindən isə bildirilir ki, əsasən uşaqlar, xroniki xəstəliyi olanlar, hamilə qadınlar, immun sistemi zəif olanlar üçün qrip vaksini vacibdir. Respirator virus infeksiyalarının ilkin əlamətləri qeydə alındıqda mütləq tibb müəssisəsinə müraciət etmək, həkim təyinatı əsasında müalicə olunmaq lazımdır. Bu zaman ağırlaşmaların və xəstəliyin yayılmasının qarşısı alınır. TƏBİB-dən verilən məlumata görə, sentyabr ayından yanvarın 1-dək Azərbaycanda 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
2
xezerxeber.az

1Mənbələr