AZ

"Anası" Bred Pitt üçün həyat yoldaşı axtardı, qadın həm 850 min dollar itirdi, həm də ərini...

Hollivud aktyoru Bred Pittin nümayəndəsi Fransada bir qadının dələduzluq nəticəsində 850 min dollar itirməsi ilə bağlı hadisəni "dəhşətli" adlandırıb. 

Bu barədə "Entertainment Weekly" məlumat yayıb.

Fransız dizayner Enn özünü Bred Pitt kimi təqdim edən bir dələduzun qurbanı olub. Dələduz ilkin olaraq qadınla aktyorun guya anası adından əlaqə saxlayıb və "oğluna həyat yoldaşı axtardığını" bildirib. Daha sonra həmin şəxs özünü Bred Pitt kimi təqdim edərək qadının inamını qazanıb. 

Dələduz Ennə ağciyər xərçəngi müalicəsi üçün pul lazım olduğunu deyərək, ondan böyük məbləğdə pul istəyib. Nəticədə Enn bu fırıldağa inanaraq həm pulunu itirib, həm də həyat yoldaşından ayrılıb.

Aktyorun nümayəndəsi bu hadisə ilə bağlı bildirib: "Fırıldaqçıların məşhurlarla pərəstişkarları arasındakı güclü əlaqədən istifadə etməsi dəhşətlidir. Bu, internetdə belə müraciətlərə, xüsusilə də sosial şəbəkələrdən istifadə etməyən aktyorlardan gələn mesajlara cavab verməməyin vacibliyini bir daha xatırladır".

Hadisə ictimaiyyətə açıqlandıqdan sonra Enn sosial şəbəkələrdə ciddi təzyiqlərə və "onlayn zorakılığa" məruz qalıb. TF1 telekanalı qadının bu barədə danışdığı epizodu yayımdan çıxarıb. Telekanalın açıqlamasına görə, Enn sosial şəbəkələrdəki təzyiqlər səbəbindən psixi sağlamlıq problemləri yaşamağa başlayıb.

Bu təkcə Enn ilə baş verən bir hal deyil. 2024-cü ilin sentyabrında İspaniyada beş internet dələduzu həbs edilib. Onlar özlərini Bred Pitt kimi təqdim edərək iki qadını 350 min dollar məbləğində aldadıblar. \\Qaynarinfo

Seçilən
4
hurriyyet.az

1Mənbələr