Kəlbəcər rayonunda Müdafiə Nazirliyinin hərbi qulluqçusu Baxşəliyev Adil Baxşəli oğlu silahdan atəş açaraq intihar edib.
Hərbi Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Kəlbəcər Hərbi Prokurorluğunda cinayət işi açılıb. Zəruri məhkəmə-tibbi prosedurlar keçirilib. İntiharın səbəbləri haqqında versiyalar açıqlanmır.